Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan UEFA reytinqində xal ehtiyatını artırdı

İdman

20 İyul 2023 09:48 1156


“Qarabağ” UEFA reytinqində Azərbaycanın aktivinə növbəti xalları yazdırıb. 

Yenisabah.az-ın məlumatına görə, Ağdam klubu UEFA Çempionlar Liqasının (ÇL) I təsnifat mərhələsində Cəbəllütariq təmsilçisi “Linkoln”u cavab görüşündə 4:0 hesabı ilə məğlub etməklə buna nail olub.

Hər iki qarşılaşmadakı qalibiyyət sayəsində ölkə reytinqinə 0,500 xal əlavə olunub. Son 5 mövsümdəki ümumi xallarının sayı 14,750-yə çatan Azərbaycan reytinqdə 29-cu pillədə qalıb. pizza sifarişi

ÇL-in I raundundan sonra reytinqdə bəzi yerdəyişmələr yaşanıb. İsveç, Sloveniya, Farer adaları, İslandiya və Belarus irəliləyişə nail olublarsa, Yunanıstan, Finlandiya, Bosniya və Herseqovina, Malta, Estoniya və Albaniyada geriləmə müşahidə edilib.

Reytinqə 88,928 xalla İngiltərə başçılıq edir. İspaniya (75,927) ikinci, İtaliya (71.569) isə üçüncü yerdə qərarlaşıb. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!