Azərbaycan və Belarus generalları görüşüb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Belarus generalları görüşüb

Siyasət

24 May 2019 14:28 3207


Azərbaycan Müdafiə Nazirliyi ilə Belarus Müdafiə Nazirliyi arasında imzalanan 2019-cu il üçün ikitərəfli hərbi əməkdaşlıq planına əsasən, Bakıda hər iki ölkənin hərbi inspeksiya üzrə ekspertləri səviyyəsində işçi görüşü keçirilib.

Bu barədə "Yeni Sabah"a nazirlikdən məlumat verilib. 

Mayın 24-də Müdafiə Nazirliyi Baş Hərbi İnspeksiyasının rəisi general-mayor Zakir Ağayev Bakıda səfərdə olan belaruslu həmkarı general-mayor İvan Boquslavskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Sezar pizza

Tərəflər hərbi inspeksiya sahəsində əməkdaşlığın mövcud vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparıb, əlaqələrin daha da inkişaf etdirilməsi imkanlarını müzakirə ediblər.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!