“Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin açılması vacibdir“

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan və Ermənistan arasında nəqliyyat əlaqələrinin açılması vacibdir“

Rəsmi

30 Mart 2022 14:04 431


"Rusiya Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasına hər cür dəstək verməyə hazırdır".

“Report” xəbər verir ki, bunu Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikov mətbuat konfransında deyib.

“Prezident İlham Əliyev dəfələrlə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmasının vacibliyini bildirib. Bu məsələ ilə bağlı danışıqlara başlamaq üçün münbit şərait yaradılmalıdır. Rusiya, öz tərəfindən, hər zaman bu müqavilənin hazırlanmasına dəstək verməyə hazırdır”, - səfir bildirib. pizza sifarişi

Onun sözlərinə görə, digər vacib məsələlər regionda nəqliyyat əlaqələrinin açılması, həmçinin Azərbaycan və Ermənistan arasında sərhəddin delimitasiyası və demarkasiyasıdır.

Rusiya səfiri vurğulayıb ki, nəqliyyat əlaqələrinin açılmasının, həmçinin regionda mehriban qonşuluq münasibətlərinin qurulmasının yolu üçtərəfli bəyannamənin bütün müddəalarının yerinə yetirilməsindən keçir ki, bundan bütün tərəflər qazanacaqlar: "3+3 formatı da buna yönəlib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!