Azərbaycan və Ermənistan arasında yeni savaş çıxa bilər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Ermənistan arasında yeni savaş çıxa bilər

Siyasət

07 İyul 2024 18:37 2449


Azərbaycanla Ermənistan arasında yeni eskalasiya ehtimalı qalır.

Yenisabah.az Teleqraf.com-a istinadən xəbər verir ki, bu barədə “Moody's” beynəlxalq reytinq agentliyinin təhlilində deyilir.

Agentlik hesab edir ki, sülh danışıqlarının davam etməsinə baxmayaraq, münasibətlər çətin olaraq qalacaq. pizza sifarişi

"Moody's" iki ölkə arasında iqtisadi inteqrasiya və ya ortaq geosiyasi maraqlar olmayacağı təqdirdə geosiyasi gərginliyin yüksək səviyyədə qalacağını proqnozlaşdırır.

Təhlildə qeyd olunur ki, bunlar olana qədər münaqişənin yeni eskalasiyası mümkündür.

“Hər iki tərəf hərbi potensialını artırmaqda, eyni zamanda sərhəddə vaxtaşırı atışmalar davam edir, bu isə o deməkdir ki, hərbi münaqişənin yeni alovlanması ehtimalı qalır”, - agentlik vurğulayır.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!