Azərbaycan və Ermənistan nazirləri Nyu-Yorkda görüşdü

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Ermənistan nazirləri Nyu-Yorkda görüşdü

Siyasət

23 Sentyabr 2025 10:09 309


Sentyabrın 22-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan Nyu-York şəhərində BMT Baş Assambleyasının sessiyası çərçivəsində görüşüblər.

Xarici İşlər Nazirliyindən “Yeni Sabah”a verilən xəbərə görə, 8 avqust 2025-ci il tarixli Vaşinqton Sülh Sammitinin nəticələrinə əsaslanaraq, nazirlər sülh gündəliyinin irəlilədilməsi üçün mümkün növbəti addımlar barədə fikir mübadiləsi aparıblar.

Nazirlər dialoqu davam etdirmək barədə razılığa gəliblər. Pepperoni pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!