Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Ermənistan parlamentlərinin sədrləri Cenevrədə görüşəcəklər

Siyasət

24 Sentyabr 2024 20:53 362


"Azərbaycan parlamentinin sədri Sahibə Qafarova və Ermənistan parlamentinin sədri Alen Simonyan oktyabrda Cenevrədə ölkələr arasındakı sülh nizamlanması çərçivəsində görüşəcəklər".

Yenisabah.az Oxu.az-a istinadən xəbər verir ki, bu barədə Parlamentlərarası İttifaqın mətbuat katibi Tomas Fitzsimons məlumat verib.

"Ermənistan və Azərbaycan parlamentlərinin sədrlərinin ikitərəfli görüşü artıq üçüncü dəfə oktyabrın 13-dən 17-dək Cenevrədə Parlamentlərarası İttifaqın 149-cu Assambleyası çərçivəsində keçiriləcək", - o qeyd edib. Dördpendirli pizza

Mətbuat katibinin sözlərinə görə, görüşün dəqiq tarixi hələ açıqlanmayıb. Fitzsimons həmçinin qeyd edib ki, bu görüş regionda sülh səylərinə fayda verməlidir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!