Azərbaycan və Ermənistan sərhədindəki zastavalar haqda açıqlama

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Ermənistan sərhədindəki zastavalar haqda açıqlama

Rəsmi

27 Mart 2021 17:46 1570


Ermənistan və Azərbaycan sərhədindəki sərhəd zastavaları hazırda SSRİ-nin 1975-1976-cı illərdəki hərbi xəritələri əsasında yerləşdirilib.

Bu barədə Ermənistan baş nazirinin müavini Tiqran Avinyan “Azadlıq” radiosuna (Azatutyun) müsahibəsində bildirib.

Onun sözlərinə görə, bu, sərhədlərin son delimitasiyası və demarkasiyasına qədər müvəqqəti yerləşdirmədir. O, qeyd edib ki, Ermənistan-Azərbaycan sərhədlərinin delimitasiyası və demarkasiyası üçün ikitərəfli münasibətlərin olması zəruridir. Toyuqlu pizza

Avinyan bu prosesin uzun vaxt ala biləcəyini vurğulayıb.

“Biz hələ Gürcüstanla bu prosesi tamamlamamışıq. Ancaq gec-tez bütün qonşularımızla bu prosesi keçməliyik”, - deyə erməni nazir müavini bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!