“Biz təkliflərimizə cavab olan sülh müqaviləsi layihəsi ilə bağlı Azərbaycan tərəfinin təkliflərini almışıq. Beləliklə, təkliflərin üçüncü mərhələsinə baxılır”.
Yenisabah.az “Armenpress”ə istinadla xəbər verir ki, bunu Ermənistan Milli Məclisinin xarici əlaqələr daimi komissiyasının sədri Eduard Ağacanyan deyib.
O bildirib: “Ermənistan Azərbaycanın təkliflərini alıb. Əslində, bu, erməni tərəfinin təkliflərinə bir cavabdır. Başqa sözlə, təkliflərin üçüncü mərhələsi müzakirə olunur. İlin sonuna qədər dövlət başçıları və ya xarici işlər nazirləri səviyyəsində mümkün görüşün keçirilməsi məsələsinə gəlincə, məncə, bunu istisna etmək olmaz”.
Telegram kanalımız