Azərbaycan və Ermənistanın fərqi...

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Ermənistanın fərqi...

Siyasət

10 İyun 2020 17:45 1474


Azərbaycan koronavirus pandemiyasında dövründə Ermənistandan fərqli olaraq daha çox bəşəriyyəti təhdid edən bu bəla ilə mübarizəyə diqqət yetirib. 

Baxmyaraq ki, Azərbaycan da koronavirus infeksiyasından az əziyyət çəkmir. İki aydan artıqdır ki, ölkədə xüsusi karantin rejimi davam edir. Azərbaycan pandemiyanın sosial-iqtisadi fəsadlarını aradan qaldırmaqla yanaşı infeksiyaya kütləvi yoluxmanın qarşısını almaq istiqamətində addımlar atır. 

Eyni zamanda digər ölkələrə də humanitar yardımlar göndərir. Ölkə başçısı İlham Əliyevin təbirincə desək, Azərbaycan beynəlxalq miqyasda özünü çox məsuliyyətli aparır.  pizza

Ermənistan Azərbaycana qarşı təxribatlarla məşğul olduğu bir dövrdə Azərbaycan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının və Qoşulmama Hərəkatının Zirvə görüşlərini təşkil edib. Hər iki sammit koronavirus pandemiyası ilə mübarizəyə həsr olunub. Bundan başqa, Azərbaycan BMT Baş Assambleyasının koronavirusla bağlı xüsusi sessiyasının keçirilməsi ilə bağlı təşəbbüs irəli sürüb. Bu təşəbbüs Qoşulmama Hərəkatının üzvləri tərəfindən yekdilliklə dəstəklənib.

Azərbaycan COVİD-19-la mübarizə məqsədilə fərdi qaydada 14 ölkəyə,  ÜST xətti ilə Qoşulmama Hərəkatına üzv 15 ölkəyə, ümumilikdə 29 ölkəyə humanitar yardım göstərməklə pandemiya dövründə ən çox humanitar yardım göstərən ölkələrdən biri kimi yadda qalıb. 

Ermənistan isə belə bir vaxtda işğal etdiyi torpaqların anneksiyasına cəhd etməklə məşğul olub. Dağlıq Qarabağda qondarma seçkilər keçirməklə dünyanın sərt təpkisi ilə üzləşib. Şuşada separatçı rejimin yeni “prezidentinin” “inaqurasiya” mərasimini keçirməklə Azərbaycanı bu həssas dönəmdə təxribata çəkməyə cəhd göstərib. 

Yaxşı olardı ki, dünya birliyi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlarda bəşəriyyəti təhdid pandemiya dövründə bu iki ölkənin davranışlarına da diqqət yetirsin.

“Yeni Sabah”

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!