Azərbaycan və Ermənistanın XİN rəhbərləri ayın sonuna qədər yenidən görüşəcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Ermənistanın XİN rəhbərləri ayın sonuna qədər yenidən görüşəcək

Rəsmi

20 Sentyabr 2022 10:21 978


Dövlət katibi Entoni Blinken Nyu-Yorkda danışıqlar aparan Azərbaycan və Ermənistanın xarici işlər nazirlərini sentyabrın sonunadək yenidən görüşməyə dəvət edib.

Yenisabah.az xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuata açıqlamasında deyilir.

“Dövlət katibi Blinken insan itkisi ilə bağlı başsağlığı verib və gələcək döyüşlərin qarşısının alınmasının vacibliyini vurğulayıb. Onlar növbəti addımları müzakirə ediblər və dövlət katibi tərəfləri ayın sonuna qədər yenidən görüşməyə çağırıb. Dominos pizza

Dövlət Departamenti Bayramov və Mirzoyanın görüşünü keçən həftə hər iki tərəfdən əhəmiyyətli itkilərlə nəticələnən döyüşlərə səbəb olan Ermənistan-Azərbaycan arasında son eskalasiya başlayandan bəri ilk birbaşa danışıqlar adlandırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!