Xarici işlər naziri Ceyhun Bayramov Finlandiyanın xarici işlər naziri Elina Valtonen ilə görüşüb.
Yenisabah.az xəbər verir ki, görüş Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) Xarici İşlər Nazirləri Şurasının 31-ci iclası çərçivəsində baş tutub.
Nazirlər Finlandiyanın ATƏT-ə qarşıdakı sədrliyi zamanı əməkdaşlığın perspektivlərini, eləcə də ikitərəfli əməkdaşlığın gündəmini müzakirə ediblər. pizza
Ceyhun Bayramov finlandiyalı həmkarına münaqişədən sonrakı regional vəziyyət, davam edən mina təhlükəsi, o cümlədən Azərbaycan-Ermənistan arasında normallaşma prosesinin hazırkı vəziyyəti barədə də məlumat verib.
Telegram kanalımız