Azərbaycan və Gürcüstan arasında gediş-gəliş tam bağlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Gürcüstan arasında gediş-gəliş tam bağlandı

Siyasət

07 Aprel 2020 15:42 738


Gürcüstanın Azərbaycanla sərhədində yerləşən bütün sərhəd-keçid məntəqələri gediş-gəliş üçün bağlanıb.

Yenisabah.az xəbər verir ki, bu barədə Gürcüstanın Xarici İşlər Nazirliyindən bildirilib.

Bildirilib ki, Azərbaycanda koronavirus epidemiyasının qarşısının alınması məqsədilə aprelin 5-dən 20-dək yerüsütü və hava daşınmaları dayandırılıb. Bu məhdudiyyətlər yük daşımalarına şamil olunmur. pizza sifarişi

Gürcüstan-Azərbaycan sərhədindəki "Qırmızı körpü”, "Laqodexi”, "Samtskaro” və "Mtkvari” sərhəd-keçid məntəqələri fərdi şəxslərin hərəkəti üçün bağlanıb.

Qeyd edək ki, martın 25-dən yalnız "Qırmızı körpü” sərhəd-keçid məntəqəsi 10:00-dan 12:00-dək fəaliyyət göstərib. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!