Azərbaycan və İran hərbçiləri Tehranda görüş keçirdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və İran hərbçiləri Tehranda görüş keçirdi

Siyasət

19 Noyabr 2024 11:17 362


Azərbaycan Respublikası müdafiə sahəsində mühüm və təsirli mövqeyə malikdir.

Yenisabah.az IRNA-ya istinadla xəbər verir ki, bunu İran Silahlı Qüvvələrin Baş Qərargah rəisinin müavini briqada generalı Məhəmməd Rza Aştiani bildirib.

O, Tehranda hərbi və müdafiə sahəsində əməkdaşlıq üzrə birgə komissiyada Azərbaycan nümayəndə heyətinin rəhbəri general Fərid Əliyevlə görüşüb. Toyuqlu pizza

Bu görüşdə iranlı hərbçi qeyd edib: "Cənubi Qafqazda gedən proseslər, şübhəsiz, İslam Respublikası və Azərbaycan Respublikasının təhlükəsizliyinə təsir edir. Azərbaycan regionda mühüm rol oynayır və müdafiə sahəsində təsirli mövqeyə malikdir. İkitərəfli əməkdaşlığın səviyyəsi yüksəlib və münasibətlər qarşılıqlı məqsədlər, milli maraqlar çərçivəsində əməkdaşlığın artması üçün əsasdır". 

Generalı Fərid Əliyev iki ölkə arasında birgə komissiyanın fəaliyyətinin çox vacib olduğunu vurğulayıb:

“Əminik ki, qarşılıqlı tədbirlər və əməkdaşlıqla bu komissiyanın məqsədlərini reallaşdıracaq. Bu əməkdaşlıq sayəsində Azərbaycan və İran hərbçiləri bu il 3 təlim həyata keçirib".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!