Azərbaycan və İsrailin enerji sistemlərinin əməkdaşlığı müzakirə olundu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və İsrailin enerji sistemlərinin əməkdaşlığı müzakirə olundu

İqtisadiyyat

03 Mart 2021 10:48 703


“Azərenerji” ASC-nin rəhbəri Baba Rzayevlə İsrailin Azərbaycandakı səfiri Corc Dikin görüşü olub.

Bu barədə Yenisabah.az-a səhmdar cəmiyyətindən bildirilib.

Məlumata görə, görüşdə Azərbaycan və İsrailin enerji sistemləri arasındakı əməkdaşlıq münasibətləri barədə müzakirələr aparılıb. Sezar pizza

İsrail səfirinin 44 günlük Vətən Müharibəsi zamanı, daha dəqiqi ötən ilin 23 oktyabr tarixində erməni terrorçuları tərəfindən törədilmiş raket hücumlarının fəsadları ilə tanış olmaq məqsədi ilə Gəncə və Mingəçevir şəhərlərinə səfər etməsi, o cümlədən ermənilərin hədəfə aldığı Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan İES”də olması görüş zamanı xüsusi xatırlanıb.

Görüşdə işğaldan azad olunmuş ərazilərdə həyata keçirilən enerji layihələri, o cümlədən xarici investorların layihələrə maraq göstərməsi ətrafında fikir mübadiləsi aparılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!