Azərbaycan və İsrailin ticarət dövriyyəsi 2 dəfə artacaq 

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və İsrailin ticarət dövriyyəsi 2 dəfə artacaq 

İqtisadiyyat

10 Aprel 2023 13:54 1967


“Bu il Azərbaycan və İsrail arasında ticarət dövriyyəsi ən azı 2 dəfə artacaq”. 

Yenisabah.az xəbər verir ki, bunu İsrailin Azərbaycandakı səfiri Corc Dik AZTV-yə müsahibəsində bildirib. 

O qeyd edib ki, Azərbaycan müstəqillik əldə etməzdən öncə xalqlarımız arasında tarixi münasibətlər olub.  Pepperoni pizza

"Sonra bu hökumətlərimiz arasında sıx strateji əlaqələrə çevrildi. Azərbaycan və İsrail arasında növbəti addım ikitərəfli və iqtisadi əlaqələrin genişləndirilməsidir. İndi ölkələrimiz arasında ticarət dövriyyəsi olduqca yüksəkdir. Ancaq bu göstəricilər neft və qaz ixracına əsaslanır. Buna görə də ticarəti şaxələndirmək istəyirik. Keçən il Azərbaycana İsraildən 50 000 turist gəlirdisə, gələcək illərdə həmin rəqəm 200 000 keçə bilər. Azərbaycanın İsraildə səfirliyinin açılması əməkdaşlığımızın genişləndirilməsində müəyyən rol oynayacaq”, - deyə səfir əlavə edib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!