Azərbaycan və Monqolustan arasında siyasi məsləhətləşmələr keçirildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Monqolustan arasında siyasi məsləhətləşmələr keçirildi

Hadisə

23 Fevral 2021 17:21 475


Azərbaycan və Monqolustan Xarici Işlər Nazirlikləri arasında videokonfrans formatında ilk siyasi məsləhətləşmələr keçirilib.

Bu barədə Yenisabah.az-a Azərbaycan Xarici İşlər Nazirliyindən məlumat verilib.

Azərbaycan Respublikasının xarici İşlər nazirinin müavini Ramiz Həsənov və Monqolustan xarici işlər nazirinin müavini Minxjin Batsumber iştirak etdiyi siyasi məsləhətləşmələrdə iki və çoxtərəfli münasibətlərə aid məsələlər müzakirə mövzusu olub. pizza

Azərbaycan xarici işlər nazirinin müavini bölgədə cərəyan edən son proseslər, o cümlədən 44 günlük Vətən müharibəsindən sonrakı vəziyyət, üçtərəfli bəyanatlardan irəli gələn tədbirlərin həyata keçirilməsi və digər aidiyyəti məsələlər barədə qarşı tərəfə ətraflı məlumat verib.

Görüşdə tərəflər Azərbaycan-Monqolustan ikitərəfli münasibətlərinin hazırkı vəziyyəti, gündəlikdə duran məsələlər, beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq, gələcək əlaqələrin möhkəmləndirilməsi istiqamətində fikir mübadiləsi aparıldı və bu xüsusda bir sıra təkliflər irəli sürülüb.

Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi dialoqun davam etdirilməsinin vacibliyini, iqtisadi və ticarət sahəsində mövcud vəziyyətin inkişaf etdirilməsinin, o cümlədən kənd təsərrüfatı, xalçaçılıq, baytarlıq və digər istiqamətlər üzrə əməkdaşlığın, hüquq müqavilə bazasının möhkəmləndirilməsi üzrə işlərinin aparılmasının əhəmiyyətini qeyd edilib.

Görüşdə xalqlarımız arasında əlaqələrinin gücləndirilməsi, turizm, təhsil, mədəniyyət, humanitar sahələrdə qarşılıqlı əməkdaşlığın dərinləşdirilməsi vacibliyini xüsusi vurğulanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!