Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - Fotolar

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Qazaxıstan peşəkar hərbi kadrların yetişdirilməsini müzakirə etdi - Fotolar

Rəsmi

26 Aprel 2024 19:30 1496


Azərbaycan və Qazaxıstanın hərbi mütəxəssisləri arasında müxtəlif mövzularda görüşlər keçirilib.

Yenisabah.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Müdafiə Nazirliyinin Tibb İdarəsi, Azərbaycan Ordusunun Baş Qərargahının Kibertəhlükəsizlik qovşağı, eləcə də Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində keçirilən görüşlərdə Ordumuzda hərbi tibb sahəsində görülən tədbirlər, kiber təhlükəsizliklə bağlı icra olunan fəaliyyətlər, informasiya mübarizəsi işinin təşkili, peşəkar hərbi kadrların yetişdirilməsi, ideoloji iş və mənəvi psixoloji təminat və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb, brifinqlər təqdim edilib. Sezar pizza

Görüşlərdən sonra Qazaxıstan nümayəndə heyəti Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı, Mərkəzi Stomatoloji Poliklinika, Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Mərkəzi, Hərbi Tibb Fakültəsi, Azərbaycan Ordusunun Baş Qərargahının Kibertəhlükəsizlik qovşağı və Hərbi Nəşriyyatda görülən işlərlə tanış olub.

 

 

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!