Azərbaycan və Rusiya dini liderlərinin görüşü olacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Rusiya dini liderlərinin görüşü olacaq

Rəsmi

11 Oktyabr 2021 12:40 699


Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə oktyabrın 11-14-də Rusiyada səfərdə olacaq.

QMİ-nin mətbuat xidmətindən Yenisabah.az-a verilən məlumata görə, səfər Moskva və bütün Rusiya Patriarxı Kirillin dəvətinə əsasən həyata keçirilir.

Səfər çərçivəsində Şeyxülislam A.Paşazadə Patriarx Kirillə görüşəcək. Toyuqlu pizza

Moskvada, erməni dini lideri ilə də üçtərəfli formatda görüş gözlənilir.

Qafqaz Müsəlmanları İdarəsi Moskva şəhərində Azərbaycanın Rusiyadakı səfirliyi ilə birgə azərbaycanlılar və digər dini konfessiya nümayəndələrinin iştirakı ilə Vətən müharibəsi şəhidlərinin anım mərasimini təşkil edəcəkdir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!