"İran Rusiya və Azərbaycanla sərhədlərin keçməsi və vizaların verilməsi prosesinin sadələşdirilməsini vacib sayır".
Yenisabah.az "RIA Novosti"yə istinadla xəbər verir ki, bunu İranın yollar və şəhərsalma naziri Rüstəm Qasimi deyib.
O, Bakıda Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizinin inkişaf perspektivlərinə həsr olunmuş tədbirdə qeyd edib: pizza sifarişi
“Biz (Rusiya, Azərbaycan, İran - red.) sərhədləri keçmək və viza almaq məsələsini sadələşdirməliyik. Bu, bir sıra xərclərin, o cümlədən qeyri-qanuni və qeyri-prosessual maneələrin aradan qaldırılmasına gətirib çıxaracaq”.
Qeyd edək ki, Bakıda Şimal-Cənub nəqliyyat dəhlizi məsələsi ilə bağlı İran, Rusiya Federasiyası və Azərbaycan nümayəndələrinin üçtərəfli görüşü keçirilib və onun yekununda Bakı Bəyannaməsi imzalanıb.
Sənədi Azərbaycan baş nazirinin müavini Şahin Mustafayev, İranın yollar və şəhərsalma naziri Rüstəm Qasimi və Rusiya Federasiyası baş nazirinin müavini Aleksandr Novak.
Telegram kanalımız