Azərbaycan və Rusiya qida məhsullarının operativ idxal-ixracını müzakirə etdilər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Rusiya qida məhsullarının operativ idxal-ixracını müzakirə etdilər

Siyasət

19 İyun 2025 18:14 390


Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli Sankt-Peterburq Beynəlxalq İqtisadi Forumu çərçivəsində Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti Federal Xidmətinin (“Rosselxoznadzor”) rəhbəri Sergey Dankvertlə görüşüb.

Yenisabah.az xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, görüş zamanı cari il ərzində Azərbaycandan Rusiyaya kənd təsərrüfatı məhsullarının ixracının daha da genişləndirilməsi imkanları nəzərdən keçirilib. Eyni zamanda heyvan və bitki sağlamlığı sahəsində dövlət nəzarətinin həyata keçirilməsi, istehlakçıların sağlam və keyfiyyətli məhsullarla təmin edilməsi istiqamətində mövcud tələblərlə bağlı məsələlər müzakirə olunub. Toyuqlu pizza

Görüşdə AQTA ilə “Rosselxoznadzor” arasında qarşılıqlı əməkdaşlıq və etimad şəraitində qida məhsullarının idxalı və ixracı zamanı işlərin operativ və səmərəli həyata keçiriləcəyi vurğulanıb.

Müzakirələrdə qarşılıqlı maraq doğuran digər məsələlərə də toxunulub.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!