Azərbaycan və Türkiyə avtomobil nömrələrini qarşılıqlı tanıyacaq

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan və Türkiyə avtomobil nömrələrini qarşılıqlı tanıyacaq

Sosial

29 Oktyabr 2025 14:15 339


Azərbaycan və Türkiyə avtomobil nömrələrinin qarşılıqlı tanınması üzərində iş aparır.

"Yeni Sabah" report-a istinadla xəbər verir ki, bunu Türkiyə Sığorta Birliyinin baş katibi Özgür Obalı bildirib.

Onun sözlərinə görə, iki ölkənin icbari sığorta büroları arasında imzalanmış razılaşma əsasında avtomobil nömrələrinin qarşılıqlı tanınması istiqamətində addımlar atılıb: Marqarita pizza

"Artıq belə bir sistem qurulur ki, Türkiyə dövlət nömrə nişanı ilə Azərbaycana daxil olan və ya əksinə, Azərbaycan nömrəsi ilə Türkiyəyə keçən avtomobil avtomatik tanınsın. Bu, həm fırıldaqçılıq hallarının qarşısını alacaq, həm də qəza zamanı ödənişlərin daha sürətli həyata keçirilməsinə imkan verəcək".

Ö. Obalı qeyd edib ki, bu prosesin başa çatdırılması iki ölkə arasında sığorta xidmətlərinin daha sıx inteqrasiyasına və vətəndaş məmnuniyyətinin yüksəlməsinə şərait yaradacaq.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!