Azərbaycan vətəndaşı casusluq ittihamı ilə Yunanıstanda saxlanıldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan vətəndaşı casusluq ittihamı ilə Yunanıstanda saxlanıldı

Dünya

23 İyun 2025 17:17 496


Polşa pasportuna malik Azərbaycan əsilli şəxs Souda Bay dəniz bazasında foto çəkdirdiyi üçün saxlanılıb.

Yenisabah.az .euronews-a istinadla xəbər verir ki, o, casusluqda şübhəli bilinir.

Souda Bay Yunanıstan Hərbi Dəniz Qüvvələrinin və NATO dəniz qüvvələrinin Şərqi Aralıq dənizindəki ən böyük hava bazalarından biridir. Dominos pizza

Saxlanılan Azərbaycan vətəndaşının 26 yaşı var.

Saxlanılma Milli Kəşfiyyat Xidməti ilə Yunanıstan polisinin birgə əməliyyatı zamanı həyata keçirilib.

İstintaqın məlumatına görə, həmin şəxs bazanın yaxınlığında yerləşən mehmanxanada otaq kirayələyib, qalmağının pulunu bir ay öncədən ödəyib və demək olar ki, otaqdan çıxmayıb.

Onun kamerasında və noutbukunda bazaya gələn və bazadan çıxan gəmilərin təsvirləri olan 5000-ə yaxın fayl tapılıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!