Azərbaycan vətəndaşı Ramil Sahib Həsən Moldova məhkəməsinə 11 min dollar əmək haqqı aldığı haqqında arayış təqdim edib. Qarşı tərəf əmindir: Həsən ya Moldova məhkəmə sistemini, ya da Azərbaycan dövlət vergi sistemini aldadır. Ramil Sahib Həsən beş yaşlı qızın, indiki arvadının uşağının yaşayış yerinin müəyyən edilməsi üzrə prosesdə iştirak edir. Cənab Həsən məhkəməyə Bakıda yerləşən "Etna Group" firmasının direktoru Nihat Babayevin verdiyi arayış təqdim edib. Həmin arayışda bildirilir ki, o, beynəlxalq biznesin inkişafı üzrə əməkdaş və icraçı komitənin üzvüdür, və 11 min dollar məbləğində əmək haqqı alır. Qarşı tərəfin nümayəndələri təqdim olunmuş sənədin düzgünlüyünə şübhə ilə yanaşırlar və bu zaman bir neçə fakta diqqət çəkirlər. İlk öncə onlar qeyd edirlər ki, "Etna Group" nizamnamə kapitalı 10 manat təşkil edən kiçik bir reklam agentliyidir. İkinci: "Linkedin" peşəkarlar şəbəkəsində şirkətin yalnız dörd əməkdaşı qeydiyyata alınıb, cənab Həsən onların arasında yoxdur. Üçüncü: internetdə "Etna Group"un yalnız bir vakansiyası dərc edilib – 300 manat (177 dollar) vəzifə maaşı ilə ticarət nümayəndəsi. Qeyd edilənləri nəzərə alaraq iddiaçı – qızın atası və onun müdafiəçisi əmindirlər ki, Ramil Sahib Həsən və onun işverəni ya on dəfələrlə çox əmək haqqı yazılmış arayış təqdim etməklə Moldova məhkəməsini aldadırlar, ya da əmək haqqının rəsmi hissəsini azatmaqla vergidən yayınırlar. https://cdn.yenisabah.az/files/spravka_o_zarplate.jpg
Telegram kanalımız