Azərbaycan vətəndaşları Almaniyada axtarışa verildi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan vətəndaşları Almaniyada axtarışa verildi

Maraqlı

18 İyun 2022 13:46 1341


Almaniyada yaşamaq haqqında qanunu pozan şəxslərin işi məhkəməyə göndərilib. 

“Report”un Avropa bürosunun məlumatına görə, Şimali Reyn Vestfaliya əyalətində möhlət hüququ ilə yaşayan şəxslərin Azərbaycana geri göndərilməsi ilə bağlı başladılan hüquqi prosedurun icrası mümkün olmayıb.

Üçü bir ailənin üzvü olan 7 Azərbaycan vətəndaşı deportasiyadan yayınaraq başqa federal əyalətdə gizləniblər. pizza mizza

Almaniya Miqrasiya və Qaçqınlarla iş üzrə Federal İdarənin Şimali Reyn Vestfiliya üzrə nümayəndliyi deportasiyadan yayınan şəxslərin saxlanılması ilə bağlı hüquq mühafizə orqanlarına müraciət edib.

Əyalət məhkəməsi həmin şəxslər saxlanılması ilə bağlı qərarı təsdiqləyib. Hazırda Azərbaycan vətəndaşlarının axtarışı davam edir.

Məlumat üçün bildirək ki, iyun ayının sonu Azərbaycan vətəndaşlarının Almaniyadan növbəti deportasiyası gözlənilir.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!