“Azərbaycan xalqının yanındayıq” - Moldovalı deputat

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan xalqının yanındayıq” - Moldovalı deputat

Siyasət

02 Oktyabr 2020 19:40 884


“Azərbaycanın ərazi bütövlüyünü və beynəlxalq səviyyədə tanınmış sərhədlərə riayət edilməsini dəstəkləyirik. Hesab edirik ki, BMT Təhlükəsizlik Şurasının qəbul etdiyi dörd qətnaməyə uyğun olaraq, işğal altındakı Azərbaycan zonalarından qoşunların çıxarılması üçün dəqiq plan lazımdır”.

Yenisabah.az xəbər verir ki, bunu Moldova Respublikası parlamentinin deputatı Serciu Sırbu deyib.

“Ümid edirik ki, beynəlxalq səviyyədə İrəvan və Bakıya sülhün bərpa edilməsi üzrə həqiqi dialoq başlatmaq üçün lazımi təhlükəsizlik şərtlərini təmin edəcək gücləndirilmiş tədbirlər həyata keçiriləcək”, - S.Sırbu əlavə edib. Dördpendirli pizza

Onun sözlərinə görə, dondurulmuş münaqişələrin acısını dadan ölkələr Dağlıq Qarabağda baş verənləri daha yaxşı başa düşür: “Bu hissin nə olduğunu bilirik! Moldova Respublikası 1992-ci ildə müharibənin dəhşətlərini yaşayıb və bu günə qədər, həmin hadisələrin üstündən 30 il sonra da tariximizin bu səhifəsinin artıq çevrildiyinə dair heç bir əminlik yoxdur. Biz Azərbaycan xalqının yanındayıq. Dağlıq Qarabağda yenidən alovlanan münaqişədə hər bir insan itkisinə görə dərin təəssüf hissi keçirirəm. Çox ümid edirəm ki, tərəflər yaxın zamanda atəşkəs barədə razılığa gələ biləcəklər, Ermənistan və Azərbaycan əhalisi isə yenidən sülh şəraitində yaşayacaq”.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!