“Azərbaycan xarici siyasətində türkdilli dövlətlərlə  əməkdaşlığa xüsusi önəm verir”

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycan xarici siyasətində türkdilli dövlətlərlə  əməkdaşlığa xüsusi önəm verir”

Maraqlı

14 Oktyabr 2022 18:51 950


Türk dünyası üçün möhtəşəm bir gələcək başlanır. Azərbaycan bu gələcəyin əsas müəlliflərindəndir.

“Dövlət başçısı İlham Əliyevin Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin və Çex Respublikasının  Baş naziri Petr Fialanın dəvəti ilə “Avropa siyasi birliyi” Zirvə Toplantısında iştirakından sonra Qırğızıstana rəsmi səfəri, onun ardınca  Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin 6-cı Zirvə Toplantısında və MDB Dövlət Başçılarının iclasında iştirak etmək üçün  Qazaxıstana işgüzar səfəri ölkəmizin dünyada böyük nüfuzuna, Asiya ilə Avropa, Şərqlə Qərb arasında körpü rolunun güclənməsinə,   dünyada dialoqun inkişafına, sülh və sabitliyin, təhlükəsizliyin möhkəmlənməsinə töhfələrinin artmasına bir daha aydınlıq gətirdi. Ölkə Prezidentinin Zirvə Toplantısı çərçivəsində “Avropa qitəsində sülh və təhlükəsizlik” mövzusunda dəyirmi masada çıxışı Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasəti nəticəsində regionda dayanıqlı sülhün və təhlükəsizliyin təmin olunmasına, o cümlədən dünya siyasətində yeniliklərə yol açmasına işıq saldı.

Yenisabah.az xəbər verir ki, bu fikirləri Yeni Azərbaycan Partiyası (YAP) Xətai rayon təşkilatının sədri, siyasi elmlər doktoru Vüqar Rəhimzadə KİV-ə açıqlamasında bildirib. pizza

Vüqar Rəhimzadə vurğulayıb ki, dövlət başçısı İlham Əliyevin Qırğızıstana ilk dövlət səfəri çərçivəsində imzalanan sənədlərin xronologiyasına, eyni zamanda, atılan addımlara diqqət yetirsək bu gün iki ölkə arasında strateji münasibətlərin bütün sahələri əhatə etdiyini görərik. Bu mühüm məqamı da qeyd edək ki, Qırğız Respublikasının Prezidenti Sadır Japarovun bu ilin aprel ayında  Azərbaycana rəsmi səfəri  zamanı iki ölkənin dövlət başçılarının iştirakı ilə “Azərbaycan Respublikası və Qırğız Respublikası arasında Strateji Tərəfdaşlıq haqqında Bəyannamə” və “Azərbaycan Respublikası və Qırğız Respublikasının Dövlətlərarası Şurasının yaradılması haqqında Memorandum”, həmçinin müxtəlif sahələri əhatə edən ümumilikdə 10 sənəd imzalanmışdır. Ölkə Prezidenti İlham Əliyevin səfəri zamanı Bişkekdə iki ölkənin prezidentlərinin iştirakı ilə Azərbaycanla Qırğızıstan arasında Birinci Dövlətlərarası Şuranın geniş tərkibdə iclası keçirildi.  Qırğızıstan Prezidenti Sadır Japarov  səfərə ölkəsi ilə Azərbaycan arasında strateji tərəfdaşlığın məntiqi davamı kimi xüsusi əhəmiyyət verdiklərini önə çəkərək qeyd etdi ki,  qarşımızda gələcəkdə qarşılıqlı münasibətlərimizin strateji hədəflərini və istiqamət parametrlərini, məzmun və xarakterini müəyyən etmək vəzifəsi dayanır. Dövlətlərarası münasibətlərin yüksək səviyyədə dəstəklənməsinə, mövcud və gələcək əməkdaşlıq üzrə bütün əlaqələri intensivləşdirməyə hazırıq. “Bu gün Türk dünyası yeni potensial əldə edir, həm Azərbaycan, həm də Qırğızıstan türkdilli dövlətlər arasında qardaşlıq münasibətlərinin möhkəmlənməsinə fəal töhfə verir” söyləyən Prezident İlham Əliyev diqqəti gələn ay Türk Dövlətləri Təşkilatının  Zirvə Görüşünə yönəldərək qeyd etdi ki, bu, həmrəyliyimizin möhkəmlənməsi işində daha bir addım olacaq. Biz daim müstəqillik və milli ləyaqət yolu ilə getməkdən ötrü öz köklərimizə yaxın olmalı, öz ənənələrimizə, əcdadlarımızın vəsiyyətlərinə söykənməli və xalqlarımızın nadir mədəniyyətini qoruyub saxlamalıyıq.”

 YAP Xətai rayon təşkilatının sədri Qırğızıstanın paytaxtı Bişkek şəhərində Qırğızıstan-Azərbaycan Dostluq Parkının açılışından geniş bəhs edərək bildirdi ki, bu, iki ölkə arasında dostluq münasibətlərinin və təkcə siyasi, iqtisadi deyil, həm də mədəni-humanitar əməkdaşlıqda  gözlə görünən parlaq sübutudur.

“Dövlət başçısı İlham Əliyev Astanada Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin (AQEM) 6-cı Zirvə Toplantısının plenar iclasındakı və Müstəqil Dövlətlər Birliyi (MDB)  Dövlət Başçıları Şurasının  iclasındakı çıxışlarında  artıq tarixin arxivinə gömülmüş Qarabağ münaqişəsinin  davam etdiyi 30 illik işğal, eyni zamanda, postmünaqişə dövründə ermənilərin təxribatlarından, hazırda   sülh müqaviləsinin imzalanması prosesinin uzadılması üçün göstərdiyi cəhdlərdən bəhs etdi.  Azərbaycanın bütün sahələrdə mövcud imkanlarından geniş bəhs edərək əməkdaşlıq əlaqələrinin yeni prioritetlərini diqqətə çatdırdı. 

Hər bir toplantı münasibətlərin dünəninə baxış fonunda qarşıdakı dövr üçün hədəflərin müəyyənləşdirilməsində əhəmiyyətli rol oynayır. Artıq göründüyü kimi,  türk dövlətlərinin ortaq keçmişdən ortaq gələcəyə doğru birgə addımlaması reallıqdır. Bu reallığın formalaşdırılması üçün  əməli addımlar atılır, nəticələr əldə olunur, qazanılmış hər nailiyyət növbəti uğurlarla möhkəmləndirilərək daha da inkişaf etdirilir. Postmünaqişə dövrünün yeni reallıqları,  Zəngəzur dəhlizinin açılması türk dövlətləri arasındakı bağlılığı daha da  möhkəmləndirəcək, əməkdaşlığa yeni  nəfəs gətirəcək.  Türk dünyası üçün möhtəşəm bir gələcək başlanır. Azərbaycan bu gələcəyin əsas müəlliflərindəndir”,- deyə Vüqar Rəhimzadə bildirib.

  YAP Xətai rayon təşkilatının sədri bu ümumiləşdirməni aparıb ki, strateji tərəfdaşlıq qarşılıqlı fəaliyyətin yüksək səviyyəsidir. Azərbaycan, Qırğızıstan və Qazaxıstan bütün beynəlxalq təşkilatlarda ənənəvi olaraq həmişə bir-birini dəstəkləyir. Ölkələr arasında əlaqələrin yüksələn xətlə inkişafı Türk Dövlətləri Təşkilatı çərçivəsində də əməkdaşlığın dərinləşməsini şərtləndirir. Ümumi nəticə budur ki, türk dövlətləri bundan sonra da bütün məsələlərdə bir-birlərini  dəstəkləyəcək, əməkdaşlıq edəcək, imzalanacaq yeni-yeni sənədlər münasibətlərimizin gələcək inkişafı üçün möhkəm hüquqi baza olacaq.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!