Azərbaycan xilasediciləri 26 nəfəri sağ, 47 nəfərin isə cəsədini çıxardı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan xilasediciləri 26 nəfəri sağ, 47 nəfərin isə cəsədini çıxardı

Maraqlı

08 Fevral 2023 13:54 611


Azərbaycan xilasediciləri Türkiyənin Kahramanmaraş rayonunda 26 nəfəri dağıntılar altından sağ çıxarıb, 47 nəfərin isə cəsədini çıxarıblar.

Yenisabah.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər. pizza hut

FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 5-i uşaq olmaqla 26 nəfəri sağ, 47 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyatlarda FHN-in xüsusi təlim görmüş xilasetmə itləri də tətbiq olunur.

Axtarış-xilasetmə əməliyyatlarının gedişi barədə əlavə məlumat veriləcək.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!