Azərbaycan xilasediciləri dağıntılar altından 729 nəfərin cəsədini çıxarıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan xilasediciləri dağıntılar altından 729 nəfərin cəsədini çıxarıb

Maraqlı

16 Fevral 2023 09:41 520


Azərbaycan xilasediciləri Türkiyədə zəlzələ bölgəsində dağıntılar altından 53 nəfəri sağ, 729 nəfərin cəsədini çıxarıb. 

Bu barədə "Yeni Sabah"a Fövqəladə Hallar Nazirliyindən bildirilib. 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan Fövqəladə Hallar Nazirliyinin çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.  Pepperoni pizza

Belə ki, FHN-in xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 729 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!