Azərbaycan xilasediciləri dağıntılar altından 741 nəfərin cəsədini çıxarıb

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan xilasediciləri dağıntılar altından 741 nəfərin cəsədini çıxarıb

Maraqlı

17 Fevral 2023 09:53 671


Azərbaycan xilasediciləri Türkiyədə dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin cəsədini çıxarıb. 

Bu barədə Yenisabah.az-a Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. 

Qeyd olunub ki, Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədə olan FHN-in çevik xilasetmə qüvvələri qardaş ölkədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması və axtarış-xilasetmə əməliyyatlarını fasiləsiz davam etdirirlər.  Pepperoni pizza

Nazirliyin xilasediciləri zəlzələdən ciddi zərər görmüş Kahramanmaraş rayonu ərazisində həyata keçirdikləri axtarış-xilasetmə əməliyyatları nəticəsində dağıntılar altından 53 nəfəri sağ, 741 nəfərin isə cəsədini çıxararaq aidiyyəti üzrə təhvil veriblər. 

Axtarış-xilasetmə əməliyyatları xüsusi texniki vasitələr, habelə xilasetmə itlərinin tətbiq edilməsi ilə davam etdirilir. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!