Azərbaycan XİN Hindistana başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan XİN Hindistana başsağlığı verdi

Siyasət

08 Avqust 2020 09:51 907


Azərbaycan Xarici İşlər Nazirliyi Hindistanda baş vermiş təyyarə qəzası ilə bağlı başsağlığı verib.

Yenisabah.az xəbər verir ki, bu barədə XİN-in rəsmi tvitter hesabında məlumat verilib.

“Kerala ştatında təyyarə qəzası ilə bağlı xəbər bizi çox kədərləndirdi. Bu faciəvi təyyarə qəzasında yaxınlarını itirən ailələrə dərin hüznlə başsağlığı veririk. Yaralıların tez bir zamanda sağalmalarını arzulayırıq”, - deyə açıqlamada qeyd olunub. pizza mizza

Xatırladaq ki, ötən gün Hindistanın Karipur şəhərində “Air India” aviaşirkətinə məxsus təyyarənin sərt eniş etməsi nəticəsində 20 nəfər ölüb, 140-dan çox sərnişin xəsarət alıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!