Azərbaycan XİN beynəlxalq ictimaiyyətə çağırış edib

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan XİN beynəlxalq ictimaiyyətə çağırış edib

Siyasət

30 Oktyabr 2020 16:21 1178


“Həm “Amnesty International”, həm də “Human Rights Watch” təşkilatları oktyabrın 28-də Azərbaycanın Bərdə şəhərinin mərkəzinə edilən hücumda Ermənistan tərəfindən qadağan olunmuş silahlardan istifadə olunduğunu təsdiqləyib”.

Yenisabah.az xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) “Twitter” səhifəsində bildirilib.

“Beynəlxalq ictimaiyyəti bu vəhşiliyi və vandalizm aktını pisləməyə çağırırıq. Bu, mülki şəxslərin həyatına və beynəlxalq hüquqa qarşı kobud bir hörmətsizlikdir!”, - deyə qeyd olunub. pizza mizza

Xatırladaq ki, oktyabrın 28-də Ermənistan silahlı qüvvələri tərəfindən Bərdənin mərkəzinə endirilən raket zərbələri nəticəsində 21 mülki şəxs həlak olub, 70-dən çox şəxs yaralanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!