Azərbaycan XİN Şimali Makedoniyaya başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan XİN Şimali Makedoniyaya başsağlığı verdi

Siyasət

16 Mart 2025 14:23 278


Azərbaycanın Xarici İşlər Nazirliyi insan tələfatı ilə nəticələnmiş yanğınla əlaqədar Şimali Makedoniyaya başsağlığı verib.

Yenisabah.az xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin "X" hesabında qeyd olunub.

"Şimali Makedoniya, Koçanidə onlarla insanın ölümünə yol açmış dəhşətli yanğın xəbərindən dərindən kədərləndik. Bu ürəkparçalayan itki ilə üzləşən hər kəsə ən səmimi başsağlığımızı bildirir və yaralananların tezliklə tam sağalmasını ümid edirik", - XİN-in paylaşımında deyilir. pizza

Xatırladaq ki, Koçanidə konsert zamanı baş vermiş yanğın nəticəsində azı 50 nəfər ölüb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!