Azərbaycan XİN zəlzələ qurbanları ilə bağlı Tacikistana başsağlığı verdi

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan XİN zəlzələ qurbanları ilə bağlı Tacikistana başsağlığı verdi

Dünya

10 İyul 2021 13:51 877


Azərbaycan Xarici İşlər Nazirliyi Tacikistanda baş verən zəlzələ nəticəsində 5 nəfərin həyatını itirməsi ilə bağlı bu ölkəyə başsağlığı verib.

Yenisabah.az xəbər verir ki, bu barədə XİN-in rəsmi tviter səhifəsində məlumat verilib.

“Tacikistanda 5 nəfərin ölümü ilə nəticələnən zəlzələ ilə bağlı xəbər bizi kədərləndirdi. Zəlzələ nəticəsində həlak olanların ailələrinə başsağlığı verir və yaralananların tezliklə sağalmasını diləyirik”, - deyə açıqlamada vurğulanıb. pizza mizza

Qeyd edək ki, bu gün Tacikistanın şimalında 5.9 bal gücündə zəlzələ baş verib. Nəticədə, 5 nəfər həlak olub, 2 nəfər yaralanıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!