Azərbaycan xüsusi təyinatlıları Şuşaya bu yolla irəliləyib - Ovannisyandan   ETİRAF

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan xüsusi təyinatlıları Şuşaya bu yolla irəliləyib - Ovannisyandan ETİRAF

Rəsmi

13 Oktyabr 2021 22:17 21404


II Qarabağ Müharibəsi zamanı Ermənistanın təbliğat kampaniyasının əsas simalarından biri, Müdafiə Nazirliyinin rəsmi məlumatlarını bölüşən keçmiş mətbuat katibi Artsrun Ovannisyan uzun fasilədən sonra müsahibə verib.

Yenisabah.az xəbər verir ki, keçmiş mətbuat katibi Şuşa və Hadrut döyüşləri barədə danışıb. Ovannisyan Hadrutun azad olunması zamanı Azərbaycan Ordusunun taktiki manevr işlədərək, hücumun ən az gözlənildiyi istiqamətdən qəsəbəyə daxil olduğunu etiraf edib.

O, həmçinin, Şuşanın azad olunması üçün Ordumuzun istifadə etdiyi marşrut barədə danışıb. Sezar pizza

“Son vaxtlara qədər azərbaycanlıların Şuşaya hansı yolla irəlilədiyi sual altında idi. Amma aydın oldu ki, Hadrutdan Şuşaya gedən istiqamətdə hələ müharibədən öncə yol tikintisi başlanmışdı. Həmin yarımçıq tikilən yolla azərbaycanlı xüsusi təyinatlılar dağ-meşə massivlərini keçərək Şuşaya doğru irəliləyib”- deyə Ovannisyan açıqlama verib.

O, müharibə zamanı cəmiyyəti aldadan dezinformasiyalar yaydığını etiraf etsə də, bunun məsuliyyətini Ermənistan və Qarabağdakı qondarma rejimin hərbi rəhbərliyinin üstünə atıb./Modern.az


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!