Azərbaycan yanğınsöndürənləri Türkiyədə Akçaova kəndində meşədə yanğını söndürdülər

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan yanğınsöndürənləri Türkiyədə Akçaova kəndində meşədə yanğını söndürdülər

Hadisə

08 Avqust 2021 15:34 836


Türkiyənin Aydın vilayətinin Akçaova kəndində yerləşən meşə massivində baş verən yanğınlar söndürülüb.

APA-nın Türkiyəyə ezam olunan müxbiri xəbər verir ki, ötən gün bu ərazidə baş verən yanğınlar öz şiddətini artırıb.

Bu səbəbdən Azərbaycan Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin və Xüsusi Riskli Xilasetmə Xidmətinin əməkdaşları əraziyə cəlb olunub. Pepperoni pizza

Gecə saatlarına qədər davam edən əməliyyatda yanğınlar lokallaşdırılıb və soyutma işləri görülüb.

Yanğınsöndürmə əməliyyatına fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev rəhbərlik edib. Yanğınsöndürmə əməliyyatında Dövlət Yanğından Mühafizə Xidmətinin rəis müavini, polkovnik Rza Xuduyev də iştirak edib.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!