Azərbaycan yığması Çerçesova tapşırılacaq? - AFFA-dan REAKSİYA

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan yığması Çerçesova tapşırılacaq? - AFFA-dan REAKSİYA

İdman

26 Mart 2024 12:34 814


Azərbaycan Futbol Federasiyaları Assosiasiyasının (AFFA) mətbuat katibi Elnur Məmmədli Rusiya millisinin keçmiş baş məşqçisi Stanislav Çerçesovun milli komandaya baş məşqçi təyin oluna biləcəyi ilə bağlı yayılan məlumatları təkzib edib.

Bu barədə o, “Sport24”ə açıqlamasında danışıb.

E.Məmmədlinin sözlərinə görə, millinin yeni baş məşqçisi ilə bağlı qərar Federasiyanın işçi qrupunun iclasından sonra müzakirə olunacaq. Dominos pizza

“Hazırda nə Stanislav Çerçesov, nə də başqası ilə danışıqlar aparmırıq. Rəsmi olaraq Azərbaycan millisinin baş məşqçi postu heç bir mütəxəssisə təklif olunmayıb”, - deyə mətbuat katibi vurğulayıb.

Bundan əvvəl Rusiya millisinin və Bakının “Neftçi” klubunun sabiq baş məşqçisi Hacı Hacıyev S.Çerçesovun Azərbaycan yığmasına gələ biləcəyini demişdi.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!