Azərbaycan yunan-Roma güləşçiləri medal sayında da Avropa çempionu oldu

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycan yunan-Roma güləşçiləri medal sayında da Avropa çempionu oldu

İdman

03 Aprel 2022 22:49 481


Azərbaycanın yunan-Roma güləşi üzrə milli komandası Macarıstanın paytaxtı Budapeştdə başa çatan Avropa çempionatında ümumi hesabda 165 xalla 1-ci yeri tutub. 

Yenisabah.az xəbər verir ki, Türkiyə 150 xalla 2-ci, Gürcüstan isə 114 xalla 3-cü yeri tutub. 

Bundan başqa, Azərbaycan yığması medal sayında da hamını üstələyib. Avropa çempionatında 8 medal qazanan komandanı Türkiyə 7, Gürcüstan 5 medalla təqib edib.  Dördpendirli pizza

Medal əyarında isə 1-ci yeri 3 qızıl, 1 gümüş, 3 bürünc medal qazanan Türkiyə tutub. Azərbaycan millisi 2 qızıl, 1 gümüş, 5 bürünc medalla 2-ci, Gürcüstan 1 qızıl, 3 gümüş, 1 bürünc medalla 3-cü olub. 

Qeyd edək ki, yığma üzvlərindən Eldəniz Əzizli (55 kq) və Rafiq Hüseynov (82 kq) qızıl, Taleh Məmmədov (63 kq) gümüş, Murad Məmmədov (60 kq), Həsrət Cəfərov (67 kq), Ülvi Qənizadə (72 kq), Sənan Süleymanov (77 kq) və İslam Abbasov (87 kq) bürünc medala sahib çıxıb.   

Ümumilikdə isə Azərbaycan komandaları Avropa çempionatında 16 medal əldə edib. Daha əvvəl sərbəst güləş millisindən Məhəmmədxan Məhəmmədov (97 kq) qızıl, Əliabbas Rzazadə (57 kq), Hacı Əliyev (65 kq), Əşrəf Aşırov (79 kq) və Abubakr Abakarov (86 kq) gümüş, Turan Bayramov (74 kq) və Osman Nurməhəmmədov (92 kq) bürünc medal qazanıb. Qadın güləşində isə Elis Manolova (65 kq) gümüş medala sahib çıxıb. /Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!