Azərbaycana 8 milyondan çox həşərat niyə gətirilib? - Video

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana 8 milyondan çox həşərat niyə gətirilib? - Video

Sosial

12 İyun 2025 12:30 431


Azərbaycana bu il 8 milyon 509 mindən çox həşərat gətirilib. İdxalın 95 %-i Rusiyanın payına düşüb. Mərakeşdən və Belçikadan da az həşərat gətirilməyib.

Yenisabah.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi kommersiya sirrinə istinadla əlavə məlumat yaymaqdan yayınıb.

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) isə Baku TV-nin suallarını belə cavablandırıb: Pepperoni pizza

"Bu faydalı həşərat və orqanizmlər elmi-tədqiqat, kənd təsərrüfatı və təbii ekosistemlərdə zərərvericilərə qarşı mübarizə aparmaq və ətraf mühitin sağlamlığının qorunması məqsədilə istifadə olunur. Bioloji mübarizə məqsədilə istifadə edilən bu həşəratların üstünlükləri ondan ibarətdir ki, kimyəvi mübarizədən fərqli olaraq bitkilərə qalıcı təsir göstərmir, ekoloji zərər vermir, torpağın münbitliyi qorunduğu üçün növbəti illərdə məhsuldarlıq artır. Bundan əlavə, ixrac üçün yetişdirilən məhsullarda pestisid qalığı riski sıfıra yaxın olur".


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!