Azərbaycana ayrılan kreditin həcmi açıqlandı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana ayrılan kreditin həcmi açıqlandı

İqtisadiyyat

27 Aprel 2021 15:22 631


2021-ci ilin əvvəlində Asiya İnkişaf Bankının (AİB) Azərbaycan üçün təsdiqlənmiş kredit vəsaitlərinin həcmi 2,68 milyard dolları keçib.

Yenisabah.az xəbər verir ki, bu barədə AİB-in 2020-ci il üzrə hesabatında qeyd olunub.

Hesabata əsasən, həmin məbləğin 2,52 milyard dolları və ya 93,7 faizi artıq müxtəlif layihələrin maliyyələşdirilməsi üçün istifadə olunub. Kredit məbləğinin 168 milyon dolları və ya 6,3 faizi hələlik istifadə olunmamış qalır. Toyuqlu pizza

Qeyd edək ki, Azərbaycan üçün ayrılan kredit vəsaitləri bankın ümumi kredit portfelinin 1,44 faizini təşkil edir.

1999-cu ildən bugünədək AİB Azərbaycana 4,4 milyard dollar məbləğində vəsait ayırıb.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!