“Azərbaycana dönmək Emreliyə xeyir gətirməz” - İdman yazarı

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycana dönmək Emreliyə xeyir gətirməz” - İdman yazarı

İdman

11 Yanvar 2022 11:56 780


Millimizin üzvü Mahir Emrelinin Zaqreb "Dinamo"su, “Qalatasaray” klubunun transfer etmək istədiyi iddia olur. 

İdman yazarı Amal Abuşov Yenisabah.az-a açıqlamasında bildirib ki, Mahir Emreli “Legiya”da ilk vaxtlardakı çıxışı ilə sübut etdi ki, top klublar xaric, Avropanın istənilən orta səviyyəli komandasında oynaya bilər.

"Sadəcə Mahir özünü əhval-ruhiyyə futbolçusu kimi göstərdi. Mövsümün əvvəlində avrokubokların qrup mərhələsinin həm pley-off mərhələsinin, həm də ilk turun oyunları zamanı əhval-ruhiyyəsi yaxşı, hər şey qaydasında idi. Mahir qollarını sıralayırdı. Lakin sonradan həm Mahirin, həm də “Legiya”nın işləri qaydasında getmədi və bu futbolçunun psixologiyasına təsir etdi, o, formadan düşdü. Toyuqlu pizza

Mahir Emreli azarkeşlərdən, komanda yoldaşlarından, rəhbərlikdən dəstək ala biləcəyi istənilən klubda özünü göstərə bilər. Ən azından orta səviyyəli klublarda. Zaqreb “Dinamo”su da bu klublardandır.

Klub səviyyəsinə görə ötən illərə nəzər saldıqda həm də hazırki səviyyəsinə görə Xovatiya və Polşa futbolu bir-birinə yaxındır”.

A. Abuşov Mahirin artıq “Legiya”dan getdiyini söyləyib:

“Mahir artıq “Legiya”dan gedib. Rəsmi məlumat olmasa belə, futbolçu mövsüm bitmədən Bakıya qayıtmışdı. Klubla bağlı suallara da dəqiq cavab vermirdi. Lakin hiss olunurdu ki, “Legiya”dan getməyə maraqlıdır. Yəqin ki, hansısa formada “Legiya” ilə münasibətlərə son qoyulacaq və Mahir qış fasiləsindən sonra başqa klubda çıxış edəcək.

Birdən-birə daha güclü kluba yollansa, məsələn İtaliya, Almaniyaya getməyini istəsək, təbii ki, orada etimad qazana bilməyəcək. Bu daha da onun “paslanmasına” səbəb olacaq. Polşa, Xorvatiya, Rusiya və ya Türkiyədə özünə yer edə biləcək bir komandaya getməlidir. Azərbaycana dönmək isə ona xeyir gətirməz”.

Mehri QURBAN


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!