Azərbaycana duz satan Ukrayna şirkəti istehsalı dayandırdı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana duz satan Ukrayna şirkəti istehsalı dayandırdı

Maraqlı

24 May 2022 13:08 841


Avropanın və Ukraynanın ən böyük duz istehsalçısı “Artyomsol” şirkəti fəaliyyətini dayandırıb. 

“Report” bu barədə xarici mətbuata istinadən xəbər verir.

Müəssisənin direktoru Viktor Yuri bildirib ki, "Artemsol"un işi qeyri-müəyyən müddətə dayandırılıb: “Buna səbəb xeyli insanın təxliyə edilməsi, şirkətin kifayət qədər işçi qüvvəsinin olmamasıdır. Bundan başqa, dəmir yolu fəaliyyət göstərmədiyi üçün zavod məhsullarını daşıya bilmir. Nəticədə, yaxın gələcəkdə Ukrayna başqa ölkələrdən duz almalı olacaq. Duz qıtlığını şirkətin xarici müştəriləri də hiss edəcək. Çatışmazlığı ilk hiss edənlər Polşa, Rumıniya, Macarıstan, Gürcüstan, Moldova və Azərbaycan olacaq".  Dördpendirli pizza


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!