Azərbaycana gələn turistlər qarlı havada çətin vəziyyətdə qaldı

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana gələn turistlər qarlı havada çətin vəziyyətdə qaldı

Sosial

23 Noyabr 2019 08:54 1165


Dünən Xızı rayon ərazisinə yağan qar nəticəsində Rusiya Federasiyasından ölkəmizə istirahətə gələn turistlər çətinliklərlə üzləşiblər. 

“Yeni Sabah” xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyində məlumat verilib.

Bildirilib ki, “Hyundai” markalı avtomobilin sürücüsü qarlı yolda idarəetməni itirib. Nəticədə həmin nəqliyyat vasitəsi yol kənarına sürüşüb, maşında olan sürücü və sərnişinlər gecə vaxtı, şaxtalı havada köməksiz vəziyyətdə qalıblar. pizza sifarişi

Hadisə ilə bağlı məlumat alan Xızı Rayon Polis Şöbəsinin əməkdaşları dərhal turistlərə köməklik ediblər. Avtomobil oradan çıxarılıb, sürücü və sərnişinlərə ilkin tibbi yardım göstərilib.

Sürücü və sərnişinlər onları çətin durumdan xilas etdiyinə görə Azərbaycan polisinə minnətdarlığını bildirib.

 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!