Azərbaycana gətirilən qızıl məmulatları ilə bağlı mühüm   QƏRAR

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana gətirilən qızıl məmulatları ilə bağlı mühüm QƏRAR

İqtisadiyyat

09 Fevral 2021 19:59 1158


Azərbaycana gətirilən 20 qram qızıl, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatları, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almaza aksiz güzəştinin ləğv olunması ilə bağlı Vergi Məcəlləsinə təklif edilən dəyişiklik layihədən çıxarılıb.

Yenisabah.az xəbər verir ki, bu, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn formatda iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan və parlamentin plenar iclasına tövsiyə edilən “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində əksini tapıb.

Qeyd edək ki, Milli Məclisin fevralın 1-də keçirilən iclasında birinci oxunuşda qəbul edilmiş  “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsinə (188.1.1 maddəyə təklif olunan dəyişikliyə) əsasən, 20 qram qızılın, ondan hazırlanmış zərgərlik və digər məişət məmulatlarının, emal olunmuş, çeşidlənmiş, çərçivəyə salınmış və bərkidilmiş 0,5 karat almazın idxalı aksizdən azad edilən malların siyahısından çıxarılırdı. pizza

Bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn formatda iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsində isə 188.1.1-ci maddəyə təklif olunan dəyişiklik çıxarılıb.

Xatırladaq ki, bu gün Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin onlayn formatda iclasında ikinci oxunuşda müzakirəyə çıxarılan “Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında” qanun layihəsi parlamentin fevralın 12-də keçiriləcək iclasının gündəliyinə daxil edilib. /APA


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!