Azərbaycana gizli yolla dərman gətirmək istədilər - Foto

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana gizli yolla dərman gətirmək istədilər - Foto

Kriminal

21 Avqust 2020 13:05 727


Qərb Ərazi Baş Gömrük İdarəsinin “Qırmızı Körpü” gömrük postunda üç fakt üzrə siqaret və dərman preparatlarının gömrük nəzarətindən gizlədilərək ölkə ərazisinə keçirilməsi cəhdinin qarşısı alınıb.

Yenisabah.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, Gürcüstan istiqamətindən gələn “Mercedes-Benz 1840”, “Mercedes-Benz Axor” və “Volvo” markalı yük nəqliyyat vasitələri saxlanılıb.

Gömrük baxışı zamanı nəqliyyat vasitələrində gömrük nəzarətindən gizlədilən, ümumilikdə 3800 ədəd müxtəlif markalı siqaret və 176 müxtəlif adda dərman preparatları aşkarlanıb. Faktlarla bağlı araşdırma aparılır. pizza sifarişi


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!