"Azərbaycan Xarici işlər naziri Elmar Məmmdəyarovun müasir siyasi çağrışlara cavab vermədiyini və prezidentin siyasətilə ayaqlaşmadığını əvvəllər də qeyd etmişdim. Həmçinin XİN yenidən struktur şəkildə yenilənməsinə ehtiyac olduğunu vurğulamışdım. Göründüyü kimi, XİN fəaliyyəti dövlət başçısı İlham Əliyev tərəfindən ciddi tənqid olundu. Nazirliyin işini fəaliyyətsiz, xarici siyasətdə ciddi səriştəsizlikdə günahlandırdı. Yeni siyasi nizamda və geosiyasi toqquşmalarda Azərbaycan üçün yeni hücum taktikalı XİN strukturu lazımdır. Dövlət başçısı İlham Əliyevin yeni XİN-i daha güclü bir nazirliyə çevirəcəyi gözlənilir".
Yenisabah.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O bildirib ki, Azərbaycanın bundan sonra xarici siyasətində yeni mərhələnin başlanmasını istisna etmir:
"Xarici ölkələrdə səfirliklər və konsulluqlarda çalışanların çoxunun fəaliyyəti Elmar Məmmədayrovun fəaliyyəti kimidir. Səfirlik və konsulluqlarda yenilənmələrə ehtiyac var. Yeni naziri çox ciddi və məsuliyyətli iş gözləyir. Onun fəaliyyəti Ermənistanla danışıqlarda prinsipial və hücum diplomatiyasına əsaslanmalıdır. Xarici İşlər nazirliyi Müdafiə nazirliyi kimi Ermənistanla döyüş aparmalı, düşmənə qarşı diplomatik hücumlarda qələbə qazanmalıdır. Bu da Ermənistanla yeni bir cəbhədir. Qeyd edim ki, ABŞ -da müyyən kongrensmenlər Amerika Erməni Assemblaysının göstərişi ilə Azərbaycana qarşı siyasi-hərbi və diplomatik yardımın dayandırılması üçün qətnamə hazırlayır. Bu qətnamə əlbəttə ki, qəbul olunmayacaq. Vaşinqtonun xarici siyasi strategiyasına zidd bir qətnamədir. Buna baxmayaraq, XİN bununla ciddi məşğul olmalı, erməni avantürasına alət olan kongrensmenlərin ABŞ siyasətinə kölgə salan bu qətnaməyə qarşı Yəhudi, Türkiyə lobbiləri ilə sıx işləməlidir. 1990 -cı illər deyil ki, Erməni lobbisi Azərbaycana qarşı 907 kimi bir qətnamə qəbul etdirsinlər. Bu qətnamə ABŞ -ın Cənubi Qafqaz siyasətinə zərbə vurmaqdır. Ağ Ev praqmatik siyasətə üstünlük verib, belə bir avantürüst siyasətə veto qoyacaq. Baş verənlər göstərir ki, ABŞ -la ciddi şəkildə diplomatik-siyasi və iqtisadi əlaqələri möhkəmləndirmək lazımdır. Yeni XİN rəhbərliyi qarşıda Vaşinqtonla əlaqələri daha yüksək səviyyədə saxlanılmalıdır". Pepperoni pizza
Telegram kanalımız