Azərbaycana körpələrdə genetik xəstəlikləri aşkarlamaq üçün yeni testlər gətiriləcək

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana körpələrdə genetik xəstəlikləri aşkarlamaq üçün yeni testlər gətiriləcək

Sosial

08 Oktyabr 2025 00:29 389


Ana və uşaqların sağlamlığının yaxşılaşdırılmasına və uşaqların icbari dispanserizasiyadan keçirilməsinə dair tədbirlərlə bağlı xərclər çərçivəsində Azərbaycana neonatal skrininq testləri gətiriləcək.

Yenisabah.az xəbər verir ki, bu barədə İqtisadiyyat.az məlumat yayıb.

Məlumata görə, TƏBİB-in tabeliyindəki İnnovasiya və Təchizat Mərkəzi 325 min ədəd müxtəlif adda neonatal skrininq testləri sifariş edib. pizza sifarişi

"Albatros Heltkeyr" şirkəti tərəfindən çatdırılacaq sifarişin maliyyə dəyəri isə 2,5 milyon manat müəyyənləşib.

Qeyd edək ki, neonatal skrininq yenidoğulmuşlarda genetik xəstəlikləri aşkara çıxarmaq üçün aparılan müayinə metodlarından biridir.

Ölkəmizdə aparılan skrininq testlərinə aşağıdakılar daxildir:

Fenilketonuriya (FKU);

Biotinidaza (BE);

Anadangəlmə hipotiroidizm (CH).

Neonatal dövrdə 4 xəstəlik, o cümlədən kistik fibroz (KF) müayinə olunur.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!