YENISABAH.AZ-a icazə verərək ən aktual xəbərləri dərhal öyrənə bilərsiniz.
İlk bilən siz olun!
Daha sonra
İcazə ver
“Azərbaycana məğlub olmaq ağırdır” - Qazaxıstan millisinin baş məşqçisi

“Azərbaycana məğlub olmaq ağırdır” - Qazaxıstan millisinin baş məşqçisi

İdman

25 Sentyabr 2022 22:55 953


“Ritm qırılıbsa, bundan sonra güc tapmaq çox çətindir. Oyunu dəyişməyə cəhd etdim. Amma matç əldən getdi. Bu gün Belarusla qarşılaşmaya nisbətən çox zəif oynadıq”.

Yenisabah.az xəbər verir ki, bunu Qazaxıstan yığmasının baş məşqçisi Məhəmməd Adiyev Bakıda Azərbaycan seçməsinə 0:3 hesabı ilə uduzduqları UEFA Millətlər Liqasının qrup mərhələsinin VI tur oyunundan sonra mətbuat konfransında deyib.

45 yaşlı mütəxəssis rəqib baş məşqçi və oyunçularla şəxsi qərəzliyinin olmadığını bildirib.

Adiyev matçdan sonra Canni De Byazi ilə görüşdüyünü və onu təbrik etdiyini söyləyib.

Baş məşqçi bugünkü məğlubiyyətin çox ağır olduğunu vurğulayıb: “Ancaq bu da təcrübədir. Oyunlarımızı analiz edəcəyik, harada boşluqlar yaratdığımızı görəcəyik. Qrupdakı ümumi çıxışdan razıyam. Birinci yeri tutduq. Bizim yolumuz hələ irəlidədir”./Report


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!