Avropa İnsan Haqları Məhkəməsi (AİHM) bu gün, Azərbaycandan göndərilmiş şikayətlər üzrə növbəti qərarını elan edib.
Yenisabah.az xəbər verir ki, bu məhkəmə işi hüquqşünas Xalid Bağırovun polis zorakılığı, məhkəmə sisteminin fəaliyyəti ilə bağlı ictimai açıqlamalarına görə vəkillik fəaliyyətinin bir illiyinə dayandırılması, daha sonra isə onun vəkillik fəaliyyətinə ümumiyyətlə xitam verilməsi ilə əlaqəlidir.
Xalid Bağırovun eyni məzmunlu iki şikayəti Azərbaycan hökuməti ilə 2015-ci və 2016-ci illərdə kommunikasiya edilib.
AİHM öz qərarında hesab edib ki, X.Bağırovun vəkillik fəaliyyətinin dayandırılması və daha sonra ona xitam verilməsi Avropa Konvensiyasına uyğun olmayıb. Qərara əsasən, Xalid Bağırova münasibətdə (hər iki şikayət üzrə) onun Konvensiyanın 10-cu (ifadə azadlığı) və 8-ci (şəxsi həyata hörmət) maddələri ilə təminat altına alınan hüququları pozulub. Dominos pizza
Qərara görə, hökumət Xalid Bağırova dəymiş mənəvi zərərə görə, ümumilikdə, 18 000 (on səkkiz min) avro təzminat ödəməlidir.
Telegram kanalımız