Azərbaycana qarşı geniş kampaniya   - RƏSMİ MƏLUMAT

saytların hazırlanması

Evə çatdırılma

Azərbaycana qarşı geniş kampaniya - RƏSMİ MƏLUMAT

Siyasət

28 Yanvar 2025 22:42 1108


Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı komissiyası dövlətimizin xarici təhlükələrdən qorunması, o cümlədən Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə təhdid yarada biləcək məkrli fəaliyyətlərə dair monitorinqlər aparıb.

Milli Məclisdən Yenisabah.az-a verilən məlumata görə, komissiyanın apardığı monitorinqlər zamanı əsasən qonşu dövlətin ərazisindən sosial media platformaları üzərindən aparılan dezinformasiya və informasiya əməliyyatlarının məqsədi və xüsusiyyətləri tədqiq edilib, antiazərbaycan kampaniyasında sistemli və mütəşəkkil qaydada iştirak edən şəbəkə müəyyən olunub.

"Kampaniyaya 300-dən çox hesab cəlb edilmişdir ki, onların da 124-ü Feysbukda, 67-si İnstaqramda, 67-si Teleqramda, 32-si Yutubda, 10-u X-də və digər sosial media platformalarında fəaliyyət göstərirlər. Araşdırmalar zamanı vətəndaşlarımız arasında nifaq salmağa, qütbləşmə yaratmağa, dövlətin konstitusion quruluşunun dəyişdirilməsinə və dövlət institutlarına qarşı inamsızlıq formalaşdırmağa yönəlmiş zərərli və radikal dini-ideoloji təbliğatın əlaqələndirilmiş şəkildə aparıldığı aşkarlanıb", - məlumatda bildirilir. Pepperoni pizza

Komissiya vətəndaşlarımızı yalan və saxta məlumatlara inanmamağa çağırıb.

Monitorinqin nəticələri ilə bağlı hesabat müvafiq tədbirlərin görülməsi məqsədilə aidiyyəti dövlət qurumlarına təqdim ediləcək.


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!