“Azərbaycana qələbə üçün gəlmişik” - “Olimpiya”nın baş məşqçisi

saytların hazırlanması

Evə çatdırılma

“Azərbaycana qələbə üçün gəlmişik” - “Olimpiya”nın baş məşqçisi

İdman

31 Avqust 2023 11:34 370


"Olimpiya"nın (Sloveniya) baş məşqçisi Joao Enrike Avropa Liqasının pley-off mərhələsində bu gün Bakıda "Qarabağ"a qarşı keçirəcəkləri cavab oyunu haqqında danışıb. 

Yenisabah.az rtvslo.si-yə itinadən xəbər verir ki, mütəxəssis Azərbaycana qələbə üçün gəldiklərini deyib:

"Azərbaycana qələbə üçün gəlmişik. Hələ heç nə başa çatmayıb. Sadəcə ilk oyun geridə qalıb. Daha çox qol buraxmamağa və rəqibə qol vurmağa çalışmaq vacibdir. Sona qədər açıq oynamalı və irəli getməliyik". Sezar pizza

Enrike "Qarabağ"ın avrokuboklarda təcrübəli oluğunu vurğulayıb. O bunu da qeyd edib ki, ilk matçda Ağdam təmsilçisi ilə rəqabət apara biləcəklərini göstəriblər.  

Qeyd edək ki, bu gün Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək "Qarabağ" - "Olimpiya" görüşü saat 20:00-da başlayacaq. Lyublyanadakı ilk matçda Azərbaycan təmsilçisi 2:0 hesabı ilə qalib gəlib. 


Telegram kanalımız
Bizi Telegram-da oxuyun. Azərbaycanın və dünyanın ən vacib xəbərləri
Şahidi olduğunuz hadisələri çəkib bizə göndərin!